Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, Tovuz təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olub. Görüş “Turan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasında cavab görüşü noyabrın 11-də Tovuzda keçiriləcək.
Xatırladaq ki, "Turan" 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasını üstələyib - 3:0, 3:2.
"Turan" "Maritsa"nı darmadağın etdi - ÇL
İdman





