Xəbər verdiyimiz kimi Türkiyə yığmasının yeni baş məşqçisi Sərgən Yalçın dünən keçirdiyi mətbuat konfransında komandaya dəvət olunan futbolçuların siyahısını açıqladı.
26 nəfərlik siyahıda bir sıra sürprizlər var. Vinçentso Montellanın dönəmində daim dəvət alan bəzi futbolculara bu dəfə yer tapılmayıbsa, əksinə italiyalının dönəmində unudulan bəzi ulduzlara yenidən yığmanın qapıları açılıb. Debütant isə bir futbolçudu. Söhbət ''Kocaelispor''un qapıçısı Sərhat Öztaşdelendən gedir. Bununla da 18 ildən sonra bir ilk yaşanıb.
Belə ki, ''Kocaelispor''dan Türkiyə yığmasına məhz 18 illik fasilədən sonra ilk dəfə futbolçu çağırılıb. Maraqlıdı ki, bu kollektivdən ''ay-ulduzlular''a dəvət alan son isim də qapıçı idi. Söhbət Sərdar Kulbilgədən gedir. 2004-cü il təvəllüdlü Sərhat Öztaşdelen ''Altınordu''nun yetirməsidi. 2025-də ''Kocaelispor'' uzun fasilədən sonra ilk dəfə elitaya yüksəldikdən sonra bu qapıçını transfer etdi. O, kluba 3-cü qapıçı statusunda transfer olunsa da, göründüyü kimi artıq Türkiyə yığmasına qədər yüksəlib.
Buna qədər Türkiyənin aşağı yaş qruplarından ibarət yığmalarında oynamış Öztaşdelen bu mövsüm 10 turun hamısında meydana çıxıb və 9 qol buraxıb.
Bu klub 18 ildən sonra ilk dəfə Türkiyə yığmasına oyunçu göndərdi
Dünya futbolu





