Çempionluq arzusu ilə başlayan 73 komanda arasında “Lənkəran”la “Viləş” də var. Lənkəran varlıq mübarizəsi aparırsa, Masallı bu mənada bir addım öndədi. “Viləş”in prezidenti Mirələm Həşimov dünən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla görüşüb. Görüşdə klub haqqında ətraflı məlumat verilib, mövcud çətinliklər onun nəzərinə çatdırılıb. İcra başçısı müvafiq göstərişlər verərək məsələnin həll olunacağını bildirib.

Fotoda: Mirələm Həşimov
“Viləş” sabah yeni mövsümdə ilk oyununu keçirəcək. “Cəlilabad”la qarşılaşma saat 14.30-da Masallı Mərkəzi Stadionunda başlayacaq. Klubun sosial şəbəkə hesabında yayılan videolardan görünür ki, Masallı bu oyuna ciddi şəkildə hazırlaşır. Özü də “Viləş”in oyununa baxmaq istəyənlər 1 manatından keçməli olacaq.
ORXAN





