Məlum olduğu kimi Türkiyə yığmasında yeni dönəm başlayıb.
Vinçentso Montellanın ardından Sərgən Yalçın baş məşqçi vəzifəsinə gətirilib və onunla dördillik müqavilə imzalanıb. ''Ay-ulduzlular'' Yalçın ilə ilk oyunlarını Millətlər Liqası çərçivəsində noyabrın 12-də İzmirdə Belçikaya, noyabrın 15-də səfərdə Fransaya qarşı keçirəcək.
Təcrübəli məşqçinin açıqlayacağı ilk heyət böyük maraqla gözlənilir. Bu arada Türkiyə Futbol Federasiyasının rəsmi açıqlamasında Sərgən Yalçının cümə günü - noyabrın 6-da mətbuat konfransı keçirəcəyi qeyd olunub. Yığmaya dəvət alan oyunçuların adları da məhz həmin konfransda açıqlanacaq. Tədbir yerli vaxtla saat 14.00-da başlayacaq və federasiyanın ''yutub'' kanalından da canlı yayınlanacaq.
İddialara inansaq, Sərgən Yalçın öz sistemində Orkun Kökçüyə mühüm yer verməyi planlaşdırır. O, ''Beşiktaş''ın kapitanını yığmanın liderlərindən birinə çevirmək istəyir. Amma ''Beşiktaş''ın son 4 rəsmi oyununu buraxmalı olan Kökçü zədədən yeni dönüb.
Onun Sərgən Yalçının yığmadakı debütünə qədər tam güclə oynamağa hazır olub-olmayacağı bilinmir.
Sərgən Yalçın yığmanın heyətini mətbuat konfransında açıqlayacaq
Dünya futbolu





