Premyer-liqada yeni rekord

19.08.2024 18:09 317
Dünya futbolu
Ceyms Miller İngiltərə premyer-liqasında yeni rekordun müəllifi olub.

O, “Brayton”un heyətində “Everton”a qarşı oyunda iştirak edib. 38 yaşlı ingilis yarımmüdafiəçi premyer-liqada 23-cü mövsümünə start verib. Ceyms “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Rayan Giqqzi arxada qoyaraq mütləq rekordçu olub.

Xatırladaq ki, Miller İngiltərə çempionatının yüksək liqasında “Lids”, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti” və “Liverpul”un heyətində 634 oyun keçirib, 55 qol vurub və 87 məhsuldar ötürmə edib.