Bir müddət əvvəl “Milan”la “İnter”in yaxın gələcəkdə yeni stadionda oynayacağı haqda xəbər yayılmışdı. İtaliya nəhəglərinin yeni məkanının layihəsi təqdim edilib.
"Football-plus.az" xəbər verir ki, hər iki klubun ev oyunlarını keçirəcəyi arena “Generali Stadium” adlanacaq. Stadionun ad hüququnu İtaliyanın “Generali” sığorta şirkəti əldə edib.
Yerli medianın məlumatına görə, müddəti 2052-ci ilə qədər nəzərdə tutulan müqavilənin dəyəri təxminən 650 milyon avrodu. 71500 tamaşaçı tutumuna malik olacaq stadionun 2031/32 mövsümündə istifadəyə verilməsi gözlənilir. Tikintinin İtaliya və Türkiyənin şərikli evsahibliyi edəcəyi AÇ-2032-yə qədər başa çatdırılması nəzərdə tutulub.
Yeni stadionda tribunalar meydana daha yaxın yerləşəcək.
Hazırkı plana əsasən, “Milan” və “İnter”in uzun illərdi ev oyunlarını keçirdiyi “Cüzeppe Meatsa” stadionu isə qismən söküləcək. Ətraf ərazi də yenidən qurulacaq.
Əlavə edək ki, bu qərar tarixi arenanın sökülməsinə qarşı çıxan bəzi azarkeşlərin narazılığına səbəb olub.
Milanlıların yeni stadionu olacaq
Dünya futbolu





