Maradona adına yeni stadiona xoş gəldin!

8.09.2026 22:15 54
Dünya futbolu
İtaliyada yaxın gələcəkdə yeni stadion inşa ediləcək.
Neapolda “Napoli” üçün 2032-ci ilə qədər yeni arena tikiləcək. Yerli mənbələrin məlumatına görə, stadion əvvəlki kimi Dieqo Maradonanın adını daşıyacaq. Yeni stadionun layihəsi ötən həftə Neapolun meri Qaetano Manfrediyə təqdim olunub. Məqsəd arenanı 2032-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarını qəbul edəcək səviyyəyə çatdırmaqdı. Layihəyə əsasən, hazırkı stadiondakı qaçış zolağı tamamilə söküləcək. Arenada 16 VIP loja yaradılacaq, stadionun ətrafında isə bir neçə yeni istirahət və yaşıllıq zonası salınacaq.
Qeyd edək ki, “Napoli” yaxında klubun yaranmasının 100 illiyini qeyd edib. Komanda tarixində 4 dəfə İtaliya çempionu olub.