Yaxın gələcəkdə İtaliya paytaxtında yeni stadion inşa ediləcək. “Roma” rəhbərliyi arenanın inşası üçün yerli hakimiyyət orqanlarından icazə alıb.
"Football-plus.az" xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, yeni stadion 60 min azarkeş tutumuna malik olacaq. Layihənin ümumi dəyəri 1,37 milyard avro qiymətləndirilir. Tikinti işlərinə 2027-ci ilin martında başlanılması planlaşdırılır. Yeni stadionun 2032-ci ildə İtaliya və Türkiyənin birgə evsahibliyi edəcəyi Avropa çempionatının oyunlarını qəbul edəcəyi də bildirilir. Arenanın AÇ-2032-nin yarımfinal və hətta final matçına səhnə olması variantı nəzərdən keçirilə bilər.
Xatırladaq ki, payatxt klubu ev oyunlarını Roma Olimpiya Stadionunda keçirir. Yerli “Latsio” da rəqiblərini burda qəbul edir.
Paytaxtda yeni stadion inşa ediləcək
Dünya futbolu






