“San Siro” stadionu satıldı

10.11.2025 23:35 17
Dünya futbolu
İtaliyada çoxdan gözlənilən hadisə baş verib. “Milan” və “İnter” uzun illər birgə istifadə etdikləri “San Siro” stadionunu və ətraf əraziləri satın alıblar.

Bir müddət əvvəl “Milan” və “İnter”in 80 min yerlik stadionu söküb yerində yeni arena tikməyi planlaşdırdıqları haqda xəbər yayılmışdı. Lombardiya əyalətinin təmsilçiləri stadion və onun ətrafı da daxil olmaqla böyük “San Siro” kompleksinin alınması üçün Milan Bələdiyyəsi ilə müqavilə imzalandığını elan ediblər.

Birgə bəyanatda belə bildirilir:
“Yeni stadionun tikintisi və “San Siro”nun yenidən qurulması layihəsi Milanın və hər iki klubun tarixində yeni səhifə açacaq. Bu strateji mərhələ “Milan” və “İnter”in, həmçinin klubların sahibləri “RedBird” və “Oaktree”nin uzunmüddətli idman uğurlarına və klubların davamlı inkişafını dəstəkləmək üçün sərmayələrə olan birgə öhdəliyini əks etdirir. Klublar yeni dünya səviyyəli stadionun dizaynını və ətraf ərazinin baş planını “Foster + Partners MANICA”ya həvalə ediblər. Stadion ən yüksək beynəlxalq standartlara cavab verəcək və Milanın yeni memarlıq rəmzinə çevriləcək”.
Qeyd edək ki, “San Siro” stadionunda həm “Milan”, həm də “İnter” ev oyunlarını keçirirlər. Nəhəng klublar bunadək arenadan icarə əsasında istifadə edirdilər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul