Çoxlarının Lamin Yamal kimi tanıdığı istedadlı futbolçunun tam adına aydınlıq gəlib. Bu barədə onun atası jurnalistlərə açıqlama verib.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın futbolçusunun atası Munir Nasraui oğlunun tam adı ilə bağlı sualı cavablayıb. O, Çempionlar Liqasında “Aston Villa” ilə oyundan əvvəl jurnalistlərlə söhbətində soyadla bağlı yaranan qarışıqlığa aydınlıq belə gətirib: “Laminin soyadı Nasraui Ebanadır. Qarışıqlıq yaranmasın deyə bunu qeyd etmək istədim. Lamin Yamal isə onun adıdı”.
Sən demə, 19 yaşlı futbolçuya ailələrinə çətin dövrdə dəstək olan iki nəfərin - Lamin və Yamalın adları verilib. Hər iki ad ərəb mənşəlidi. Lamin etibarlı və sadiq, Yamal isə gözəllik və cazibə mənalarını ifadə edir.
Atası Yamalın əsl adını açıqladı
Dünya futbolu





