“Sevilya”nın yeni stadionu olacaq

7.12.2023 22:30 222
Dünya futbolu
“Ramon Sançes Pisxuan” stadionu söküləcək.

"Football-plus.az" xəbər verir ki, bu məlumatı arenada ev oyunlarını keçirən “Sevilya”nın rəsmi saytı yayıb. İdman qurğusunun sökülməsi və yerində yenisinin tikilməsi qərara alınıb. Yeni arena müasir və daha geniş olacaq: layihədə azarkeş tutumunun 55 000 yerlik olacağı nəzərdə tutulub. Hazırkı stadion 43883 tamaşaçı tutumuna malikdi.

Qeyd edək ki, “Ramon Sançes Pisixuan” stadionu 1958-ci ildə istifadəyə verilib.