Komandanın bu stadionu 2026/27 mövsümündə sifariş ərizəsinə salmasını PFL-in keçirdiyi püşkatmada qurumun texniki direktoru Elgiz Abbasov da açıqlamışdı. Onun dediyinə görə, “bayquşlar” bu arenanın adını ehtiyat stadion kimi PFL-ə təqdim edib.
Stadionun xarici hissəsində işlər artıq başa çatıb. Daxildə isə bir sıra təmir işlərinin yekunlaşmasından sonra “Liv Bona Dea Arena”nın tam hazır vəziyyətə gətiriləcəyi bildirilir.
Bəs stadion nə vaxt hazır olacaq? “Sabah”ın “Liv Bona Dea Arena”ya köçü və ev oyunlarını orda keçirməsi nə vaxta planlaşdırılır?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxlayıb:
“Bəli, komandamızın çempionat oyunlarını bu stadionda keçirməsi nəzərdə tutulub. Dəqiq vaxt bəlli deyil”.
İSRAYIL XEYRULLAYEV





