20 illik fəaliyyətini başa vuracaq

7.11.2026 12:57 72
Dünya futbolu
Frank Şmidt mövsümün sonunda “Haydenhaym”ı tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə Almaniyanın 2-ci bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 52 yaşlı mütəxəssis gələn il müddəti başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib.

Beləliklə, onun 2007-ci ilin sentyabrından davam edən “Haydenhaym”dakı fəaliyyəti sona çatacaq. Şmidt ayrılmaq qərarını məşqçilik fəaliyyətinə fasilə vermək istəyi ilə əlaqələndirib. Təcrübəli mütəxəssis Almaniyada bir klubda ən çox işləyən məşqçi kimi tarixə düşüb.

Qeyd edək ki, “Haydenhaym” 2007-ci ildə 4-cü liqada mübarizə aparırdı. Komandanın ötən mövsüm bundesliqadan 2-ci bundesliqaya düşdüyünü də xatırladaq.