“Real” onu hədəfə aldı

9.02.2026 17:53 13
Dünya futbolu
İbrahima Konate karyerasını İspaniyada davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, “Real”ın 26 yaşlı fransız futbolçuya rəsmi təklif göndərdiyi məlum olub. Madrid klubu Konate ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalamaqda maraqlıdı. “Real” rəhbərliyi futbolçunu bu yay azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Konatenin “Liverpul”la müqaviləsi iyunun 30-na qədər qüvvədədi. Bir müddət əvvəl tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyişin olmadığı bildirilmişdi.

İbrahima bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 31 oyuna çıxıb və 2 qol vurub.