“Sabah”ın Çempionlar Liqasında növbəti matçının start götürəcəyi vaxta təxminən 7 saat qaldı. Bəli-bəli, 3-cü turda Dortmund “Borussiya”sına qarşı keçiriləcək qarşılaşma saat 20.45-də başlanacaq.
Bu ərəfədə matç üçün satılan biletlərin sayı məlum olub. Bu barədə “Football-plus.az”a “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. Klub rəsmisinin sözlərinə görə, oyun üçün indiyə qədər 56 min bilet sahibini tapıb. Bunlardan 40 mini kombo, qalanları isə məhz “Sabah” – “Borussiya” oyunu üçün satılan biletlərdi.
Həmkarımızdan tribunalarda nə qədər rəqib azarkeşin olacağını da soruşduq. O, bildirdi ki, stadionda 1715 qonaq tərəfdar olacaq.
Xatırladaq ki, qarşılaşma 69 min 870 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək.
KƏNAN BAHADIR
BOS-da “Borussiya”nı iki minə yaxın azarkeş dəstəkləyəcək – bəs, cəmi neçə bilet satılıb?
Avrokuboklar





