Paytaxt derbisinə maraq azdı? - satılan bilet sayı bilindi

9.10.2026 15:03 54
Ölkə futbolu
Bu gün Misli premyer-liqasında 7-ci tura start veriləcək.

Bilindiyi kimi, bu çərçivədə “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” qarşılaşmasında şahidlik edəcəyik. Bakı təmsilçiləri liderlik uğrunda mübarizə aparacaq. Düzdü, məqsədə çatmaq üçün meydan sahiblərinə heç-heçə bəs edir. Lakin qonaqlar bu oyunda mütləq qələbə qazanmalıdı.

Bu oyuna indiyə qədər 5000 bilet satılıb. Bu barədə “Football-plus.az”a “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı məlumat verib. Klub rəsmisi saat 14.00-dan etibarən stadionun kassasında fiziki bilet satışına başlandığını bildirib.

Xatırladaq ki, sözügedən qarşılaşma bu gün saat 19.30-da start götürələcək.

KƏNAN BAHADIR