Gəncə şəhər stadionunda anşlaq - "Kəpəz" 10 min bilet satdı!

30.08.2026 16:34 23
Ölkə futbolu / Aktual
Bu gün Misli premyer-liqasının 3-cü turunda Qərb derbisinə şahidlik edəcəyik. Gəncə şəhər stadionunda keçiriləcək matçda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək.

Bilindiyi kimi, bu matça böyük maraq var. Xatırlayırsızsa, srağagün oyun üçün artıq 5 min biletin satıldığını yazmışdıq. Bu rəqəm artıq təxminən 10 minə çatıb. Bu barədə "Football-plus.az"a klubun mətbuat xidmətinin rəhbəri Gəray Qiyasov məlumat verib.

Qeyd edək ki, görüş saat 18.00-da start götürəcək.

KƏNAN BAHADIR