Millimiz sabah Millətlər Liqasının D liqasında növbəti oyununu keçirəcək. Yığma 10289 tamaşaçı tutumuna malik "Palms Sports Arena"da gerçəkləşəcək qarşılaşmada Litvanı qəbul edəcək. Ayxan Abbasovun komandası bu matçda mütləq qələbə qazanmalıdı ki, liderliyə yüksəlsin.
Bəs, bu cür əhəmiyyətli qarşılaşma üçün indiyə qədər neçə bilet satılıb? Bu sualla AFFA-nın mətbuat xidmətinin rəhbəri Aida Əliyevaya müraciət etdik. Federasiya rəsmisi "Football-plus.az"a açıqlamasında cəmi 3 min biletin satıldığını bildirdi.
Xatırladaq ki, saat 17.00-da start götürəcək görüş üçün bilet satışı davam edir. Oyunu tribunalardan izləmək istəyən futbolsevərlər biletləri "iticket.az" saytı vasitəsi ilə əldə edə bilər.
KƏNAN BAHADIR
Litva ilə oyun üçün satılan bilet sayı bilindi - azarkeşlər milliyə sahib çıxacaqmı?
Ölkə futbolu / Manşet






