Embolo Avropadan bezdi, düşdü yola

3.09.2026 17:29 22
Dünya futbolu
Brel Embolo Avropadan Amerikaya yollanıb.

"Football-plus.az" xəbər verir ki, “Renn”in hücumçusu bundan sonra MLS-də çıxış edəcək. İsveçrəli futbolçu “Atlanta Yunayted”ə keçib. ABŞ klubunun mətbuat xidmətinin məlumatına görə, 29 yaşlı futbolçunun müqaviləsi 4 illikdi.

Embolo “Renn”ə 2025-ci ilin sentyabrında “Monako”dan 13 milyon avroya keçib. O, ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 34 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Brelin İsveçrə yığmasının heyətində keçirdiyi 92 oyunda 26 qol vurduğunu da xatırladaq.