Caka yığmadan niyə kənarda qaldı?

24.09.2026 12:34 279
Dünya futbolu
Qranit Caka özünə ciddi problem yaradıb.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu İsveçrə yığmasının qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.

Buna onun COVID-19-a qarşı peyvənd sertifikatını saxtalaşdırması səbəb olub. 33 yaşlı Qranit artıq bunu etiraf edib. Bununla da “Sanderlend”in yarımmüdafiəçisi Millətlər Liqasının Şimali Makedoniya, Şotlandiya və Sloveniya ilə keçiriləcək ilk oyunlarda komandasına kömək edə bilməyəcək.
İsveçrə Futbol İttifaqının prezidenti Peter Knebeli onun məsuliyyəti üzərinə götürmək və məsələ ilə bağlı ictimaiyyət qarşısında açıqlama vermək niyyətində olduğunu bildirib:

“Onun bu addımını alqışlayırıq. Razılığa gəldik ki, yığmanın maraqları baxımdan qarşıdakı toplanışı onsuz keçirmək daha məqsədəuyğundu. Hazırda əsas məqsəd vəziyyəti sakitləşdirmək və diqqəti milli komandaya, həmçinin qarşıdakı vəzifələrə yönəltməkdi. Vacib oyunlardan sonra Qranitlə birlikdə vəziyyəti yenidən qiymətləndirəcək və gələcək addımları müzakirə edəcəyik”.