Ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə

18.01.2024 13:51 362
Dünya futbolu
İsveçrədə 2023-cü ilin ən yaxşı oyunçusu müəyyənləşib.

Bu nominasiyada Qranit Caka qalib gəlib.

“Bayer-04”in yarımmüdafiəçisi karyerasında ardıcıl 2-ci, ümumilikdə isə 3-cü dəfə ilin ən yaxşı oyunçusu seçilib. 31 yaşlı futbolçu fərdi mükafata 2017-ci ildə də layiq görülüb. O, “Bayer-04”də 2023-cü ilin yayından oynayır. Qranit bu mövsüm Almaniya klubunda 24 oyun keçirib və 1 qolun ötürməsini verib. Onun Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı hər iki matçda çıxış etdiyini də xatırladaq.

Caka ötən il İsveçrə yığmasında 121-ci oyununu keçirməklə ölkə rekordçusu olub. O, 2011-ci ildən daşıdığı milli formada 14 qol vurub.