Millimiz Andorranı məğlub etdi

5.08.2023 19:57 196
İdman
18 yaşadək oğlan basketbolçulardan ibarət millimiz Avropa çempionatının C Divizionunda 5-9-cu yerlər uğrunda ikinci oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, milli Andorra ilə qarşılaşıb. Görüş Azərbaycan yığmasının 81:55 hesablı qələbəsiylə başa çatıb.

Millimizin növbəti rəqibi San Marino olacaq. Oyun sabah keçiriləcək.