Bu gün U-15 millimiz Bakıda təşkil olunan dünya çempionatı və festivalında növbəti matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, millimiz C Divizionunda (65-96-cı yerlər uğrunda) günün ikinci matçında Cəbəllütariqlə üz-üzə gəlib. Görüş təmsilçilərimizin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Famil Xəlilovun komandası bundan öncə Çili yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksindəki 7B stadionunda keçirilən oyun Çilinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, millimiz AF qrupu 3-cü pillədə başa vurub və C Divizionuna vəsiqə qazanıb. Yığmamız qrupda Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.
Milli Cəbəllütariqə qalib gəldi
Ölkə futbolu





