Millimiz bu gün yoldaşlıq oyununda Tacikistan ilə üz-üzə gələcək. Bilindiyi kimi, “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.
Təəssüf ki, bu oyun üçün cəmi 3000 bilet satılıb. Bu barədə “Football-plus.az”a AFFA-nın mətbuat katibi Aida Əliyeva məlumat verib.
İş ondadı ki, oyunun gerçəkləşəcəyi stadionun tamaşaçı tutumu 10289 yerlikdi. Deməli, matça maraq aşağı səviyyədədi. Üstəlik, tribunalarda qonaq azarkeşlər də olmayacaq. Əziz futbolsevərlər, millimizi tək qoymamalıyıq! Azı ona görə ki, qarşıdan Millətlər Liqasında Litva və Lixtenşteynə qarşı görüşlər gəlir. Həmin matçlarda qazanılacaq qələbələr bizi C Liqasına yaxınlaşdıracaq. Bunun üçün isə yığmamıza indidən dəstək vermək, motivasiyalarını artırmaq lazımdı. Bəli, Tacikistanla matç sadəcə yoldaşlıq oyunudu. Ancaq bu qarşılaşmada qazanılacaq qələbə, göstəriləcək dəstək növbəti matçlarda uğurun açarı ola bilər.
Qeyd edək ki, oyunu tribunalardan izləmək şansı hələ qüvvədədi. Biletləri “iticket.az” saytından onlayn şəkildə əldə etmək mümkündü.
KƏNAN BAHADIR
Millinin oyunu ilə bağlı acınacaqlı durum - niyə hələ bilet almamısan?!
Ölkə futbolu / Manşet





