Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda keçiriləcək "Sabah" - "Barselona" (İspaniya) matçına hakim təyinatları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim FİFA referisi Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri kimi Frensis Konnor və Deniel Makfarleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.
VAR hakimi Endryu Dallas, VAR hakiminin köməkçisi isə Stiven Maklin olacaq.
Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21.45-də start götürəcək.
"Sabah" - "Barselona": hakimlər açıqlandı
Avrokuboklar





