Nəhayət, Xuan Mata gözlənilən qərarı verib. O, peşəkar futbolçu həyatına son qoyduğunu açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, 37 yaşlı ispaniyalı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xuan vida mesajında “Bəzən sevmək azad buraxmaq deməkdi. Təşəkkürlər, futbol” cümlələrini yazıb.
Matanın karyerasında ən unudulmaz anlar İspaniya yığmasıyla bağlıdı. O, milli formada 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub. Xuan həmçinin 2012-ci ildə Çempionlar Liqasının, 2013 və 2017-ci illərdə isə Avropa Liqasının qalibi adını qazanıb.
Yarımmüdafiəçi karyerası ərzində “Kastilya”, “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray”, “Vissel Kobe”, “Vestern Sidney Uonderers” və “Melburn Viktori” klublarında çıxış edib. Milli formanı 41 oyunda geyən futbolçu 10 qol vurub.
37 yaşında “daha bəsdi” dedi
Dünya futbolu





