Volkov "Zirə"də 50-ci qolunu vurdu

23.11.2026 11:39 0
Ölkə futbolu
“Zirə”nin futbolçusu Davit Volkov qəsəbə təmsilçisinin heyətində 50-ci qolunu vurub.

"Football-plus.az" PFL-in saytına istinadla xəbər verir ki, bu yubiley Misli premyer-liqasının 12-ci turuna təsadüf edib. Gürcüstanlı hücumçu “İmişli” ilə səfər görüşündə (2:2) qol sevinci yaşayıb.

Volkov “Zirə”nin heyətində meydana çıxdığı 156-cı matçda “50”yə çatıb. Premyer-liqada 42 (124 oyun) dəfə fərqlənən forvard ölkə kubokunda 3 (18 oyun), avrokuboklarda 5 (14 oyun) dəfə rəqib qapılarına yol tapıb.

“Zirə”də ilk qolunu 2020-ci il matın 8-də “Səbail”lə səfərdəki çempionat matçında vuran hücumçu klubunun tarixinin ən yaxşı bombardiridi.