“Sabah” – “Nyu Seynts” matçına neçə bilet satılıb? – hələ minlərlə boş yer var!

7.07.2026 11:52 49
Avrokuboklar / Aktual
“Sabah” bu gün Çempionlar Liqasında debüt edəcək. “Bayquşlar” 1-ci təsnifat mərhələsində “Nyu Seynts”i qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.

İndiyə qədər oyun üçün 5000 bilet satılıb. Bu barədə “Football-plus.az”a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Maraq üçün bildirək ki, stadionun tutumu 8900 yerlikdi. Yəni, hələ xeyli bilet sahibini tapmayıb. Ancaq bilet satışının davam etdiyini xatırladaq. Görüşü tribunalardan izləmək istəyənlərin nəzərinə çatdıraq ki, biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündü.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul