İki boksçumuz finalda - AÇ

23.11.2026 11:18 0
İdman
Poreçdə boks üzrə U-23 Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimizin iki idmançısı görüşünü qələbə ilə başa vuraraq finala vəsiqə qazanıb.

Bilalhəbaşi Nəzərov (50 kq) David Zaxari (İsrail) ilə üz-üzə gəlib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Nəzərov finalda Tevfik Akkasla (Türkiyə) gücünü yoxlayacaq.

Nicat Alırzayev (70 kq) Cemal Cemmalı (Fransa) məğlub edib – 4:1 (29:28, 30:27, 30:27, 28:29, 29:28). O, qızıl medal döyüşündə Zviad Tçotçua (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.

Digər boksçularımızdan Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc medalla başa vurublar.

Final döyüşləri sabah olacaq.