Con van’t Sxipin Qazaxıstan yığmasındakı fəaliyyəti çox da uzun çəkməyib. Niderlandlı mütəxəssisin baş məşqçi kimi fəaliyyəti yerli futbol federasiyasını qane etməyib.
"Football-plus.az" xəbər verir ki, səbəb komandanın Millətlər Liqasındakı uğursuz çıxışı ilə bağlıdı. C liqasının 3-cü qrupunda 6 oyuna 3 xal toplayan yığma Slovakiya (12 xal), Farer adaları (8) və Moldovadan (7) sonra sonuncu yerdə başa vurub. Komandanın B liqasına vəsiqə uğrunda pley-off şansını sonuncu tur ərəfəsində itirməsi Van’t Sxiplə müqavilənin yenilənməməsini zəruri edib.
Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti bununla bağlı xəbər yayıb. Federasiyanın məlumatında Van’t Sxipin istefaya göndərilmədiyi, sadəcə, tərəflərin müddəti başa çatan müqaviləni yeniləməmək barədə razılığa gəldikləri qeyd edilib.
Xatırladaq ki, ötənlərin məşhur futbolçusu Qazaxıstan yığmasına bu il avqustun 7-də təyinat almışdı. Niderlandlının bundan əvvəl Yunanıstan və Ermənistan yığmalarına başçılıq etdiyini də bildirək.
Qazaxıstanda üç ay işləyə bildi
Dünya futbolu





