Hakim Messini niyə meydandan qovmadı?

23.11.2026 12:00 0
Dünya futbolu
Lionel Messi MLS-in oyununda rəqibinə qarşı yolverilməz hərəkətə əl atsa da, meydandan qovulmayıb.

"Football-plus.az" xəbər verir ki, onun komandası “İnter Mayami” MLS-in pley-off mərhələsinin ilk oyununda “Kolambus Kryu”ya 0:3 hesabıyla uduzub. Messi ilk hissəyə əlavə olunmuş vaxtda topu rəqib futbolçu Qonsalo Tapiyanın başına vurub. Buna baxmayaraq, hakimi Allen Çepmen Lionelə qırmızı vərəqə göstərməyib.

Referi qərarını izah edib. Tapiya Messinin qarşısında dayanaraq autun tez istifadə edilməsinə qəsdən mane olub. Hakim bu epizoda görə hər iki futbolçuya sarı vərəqə göstərib. Çepmen “The Daily Star”a açıqlamasında qərarını “topun atılması zamanı tətbiq olunan güc cüzi idi və hadisə zorakı davranış səviyyəsinə çatmırdı” deməklə əsaslandırıb.