Azərbaycan - Tacikistan matçına sən də gəl...

22.09.2026 10:52 63
Ölkə futbolu
Millimiz sentyabrın 23-də Tacikistanla yoldaşlıq görüşündə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, “Palms Sports Arena”da keçiriləcək matç saat 20.00-da başlayacaq.

Biletləri “iTicket.az” saytından onlayn şəkildə əldə etmək mümkündü.

Yığmamız bu oyundan sonra Millətlər Liqasında mübarizəni davam etdirəcək. Yığma sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Lixtenşteyn və oktyabrın 4-də yenidən Litva ilə üz-üzə gələcək.