Birinci liqanın iddialılarından “Səbail”in Qubaya köçəcəyi və bundan sonra həmin rayonu təmsil edəcəyini xəbər vermişdik. Cari mövsüm başlamamış klubun yeni prezidenti Mirzə Bayrampur da bunu açıqlamışdı.
Sentyabrın 2-də isə “Səbail” sosial şəbəkə hesablarında bu istiqamətdə müəyyən addımların atıldığını, prosesin başa çatması üçün yalnız hüquqi prosedurların qaldığını bildirmişdi. Artıq həmin açıqlamadan iki həftə ötüb. Ancaq klubun Qubaya köçü ilə bağlı hələ də yenilik yoxdu.
Bəs hansısa irəliləyiş varmı? Bayıl təmsilçisinin Qubaya köçü nə vaxt gerçəkləşəcək?
“Football-plus.az” olaraq, bu sualları “Səbail”in mətbuat katibi Rəşad Məmmədova ünvanladıq. Klub rəsmisi prosesin hələ də davam etdiyini, bu səbəbdən əlavə məlumat verə bilməyəcəyini söylədi. Prosesin ilin sonuna qədər yekunlaşmasının nə dərəcədə mümkün olacağı ilə bağlı sual da cavabsız qaldı.
İSRAYIL XEYRULLAYEV
“Səbail” Qubaya nə vaxt köçəcək?
Ölkə futbolu





