Ötən mövsüm Region Liqasında iştirak edərək 2-ci liqaya vəsiqə qazanan “Hypers”in adında dəyişiklik edilib.
Klub bundan sonra “Hypers Guba” adıyla çıxış edəcək. Bu da təsadüfi deyil. Azərbaycan millisinin sabiq üzvü Vüqar Nadirovun ötən il paytaxtda yaratdığı, həm də çalışdırdığı klub növbəti mövsümdən Qubanı təmsil edəcək. Komanda ev oyunlarını Quba stadionunda, doğma azarkeşlərinin qarşısında keçirəcək.
Məşhur "Kelme" şirkəti də artıq Azərbaycana da gəlib. Yenicə Qubaya köçən “Hypers Guba”nın geyim sponsoru məhz İspaniya şirkəti olacaq. Bu barədə məlumatı klubun prezidenti Ayaz Abdullayev özünün "feysbuk" səhifəsində paylaşıb.