İngiltərədə klubunu dəyişdi

4.09.2026 14:58 1
Dünya futbolu
Nikolas Cekson İngiltərədə klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, “Aston Villa” hücumçunun transferini rəsmən açıqlayıb. 25 yaşlı forvard “Çelsi”dən alınıb. Bir müddət əvvəl yayılan məlumata görə, “Aston Villa” futbolçunun transferi üçün 70 milyon avro ödəməyə hazır idi.

Cekson ötən mövsüm icarə əsasında “Bavariya”da çıxış edib. Bütün turnirlərdə 34 matçda meydana çıxaraq 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Seneqallı hücumçu 2023-cü ilin yayından “Çelsi”nin futbolçusu idi. O, London klubu ilə Konfrans Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub.