Nikolas Cekson “Çelsi”də uzun müddət çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, London klubu futbolçu ilə müqaviləni yeniləyib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, seneqallı hücumçunun yeni sözləşməsinin müddəti 2033-cü ilin yayına qədərdi.
Nikolas “Çelsi”də 2023-cü ildən çıxış edir. 23 yaşlı forvard London klubunda 38 oyuna 16 qol vurub.