Ronald Arauxo İngiltərə premyer-liqasında cari mövsümün sürət rekorduna imza atıb.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un müdafiəçisi “Brayton”la matçda (2:0) saatda 36,3 km sürətlə hərəkət edib. İspaniya çempionatında da cari mövsüm eyni sürətə Kilian Mbappe, Andres Ratiu, Kike Fernandes Salas, Fakundo Buonanotte və Alexandro Katena çatıblar.
Arauxo “Brayton”la oyunun ən yaxşı futbolçusu seçilib. O, cari mövsümdə “Liverpul”un heyətində bu mükafatı bir dəfədən çox qazanan ilk oyunçu olub. Uruqvaylı müdafiəçi iştirak etdiyi 5 ikili mübarizənin hamısından qalib ayrılıb. Müdafiə xarakterli hərəkətlərin sayına (11) görə isə yalnız komandanın kapitanı Vircil van Diykdən geri qalıb.
Premyer-liqada rekord müəyyən etdi
Dünya futbolu




