Bundesliqada 30 illik tilsimi qırdı!

28.10.2026 21:09 27
Dünya futbolu
“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl top”u qazanmaqla 30 illik tilsimi qırıb!

"Football-plus.az" xəbər verir ki, ingiltərəli sonuncu dəfə 1996-cı ildə bu mükafatı qazanan Mattias Zammerdən sonra bundesliqada çıxış edən ilk futbolçu olub. Zammer həmin vaxt Almaniya yığmasının və Dortmund “Borussiya”sının müdafiəçisi idi.

Keynin qazandığı mükafat Almaniya çempionatı təmsilçilərinin hesabına yazılan 10-cu “Qızıl top” olub. Bu göstəricidə yalnız İspaniya və İtaliya çempionatları bundesliqanı qabaqlayır. La Liqa futbolçuları 24, A seriyası təmsilçiləri isə 18 dəfə bu mükafata sahib çıxıblar.