İngiltərə çempionu onu transfer etdi

24.08.2026 11:23 22
Dünya futbolu
Ezri Konsa “Aston Villa”dan ayrılaraq İngiltərə çempionuna qoşulub.

"Football-plus.az" xəbər verir ki, “Arsenal” “Aston Villa”nın müdafiəçisinin transferini rəsmən açıqlayıb. London klubu 27 yaşlı futbolçu üçün 51 milyon funt sterlinq ödəyib. Razılaşmaya 4 milyon funt sterlinq məbləğində bonus da daxildi. İngiltərə yığmasının müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. Sözləşmənin müddətinin daha bir il uzadılması imkanı da var.

Konsa “Aston Villa”ya 2019-cu ilin iyulunda “Brentford”dan keçmişdi. O, Birmingem klubunun heyətində 286 oyun keçirib. Müdafiəçi ötən mövsüm bütün turnirlərdə keçirdiyi 48 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ezri bu yay İngiltərə yığmasının heyətində dünya çempionatında iştirak edib.