“Neftçi” basketbol klubu FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti məğlubiyyətlə üzləşib.
"Football-plus.az" xəbər verir ki, Bakı təmsilçisi H qrupunun 4-cü turunda Rumıniyanın “Oradea” komandasını qəbul edib.
Bakı İdman Sarayında keçirilən qarşılaşma qonaqların 99:83 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Neftçi” qrup mərhələsində ardıcıl dördüncü məğlubiyyətini alıb. Dörd xalı olan paytaxt klubu turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
“Neftçi” əvvəlki oyunlarda İsveçrənin “Fribur Olimpik” (73:78), Yunanıstanın “Mikonos” (58:78) və Latviyanın VEF (94:110) komandalarına da məğlub olub.
"Neftçi"dən ardıcıl dördüncü məğlubiyyət
İdman





