Dünya çempionu layiqli dəyərini aldı

28.10.2026 21:38 18
Dünya futbolu
Luis de la Fuente 2025/26 mövsümünün ən yaxşı məşqçisi adına layiq görülüb.

"Football-plus.az" xəbər verir ki, İspaniya millisinin baş məşqçisinə fərdi mükafat “Qızıl top” mərasimində təqdim olunub.

Qeyd edək ki, İspaniya De la Fuentenin rəhbərliyi altında ötən yay DÇ-2026-nın qalibi olub. 2022-ci ildən yığmaya rəhbərlik edən mütəxəssisin müqaviləsi 2032-ci ilə qədər qüvvədədi. O, İspaniya ilə daha əvvəl Avropa çempionatının və UEFA Millətlər Liqasının da qalibi olub.

Xatırladaq ki, ötən il bu mükafatı PSJ-nin baş məşqçisi Luis Enrike qazanmışdı.