İngiltərədə iş yerini dəyişdi

7.02.2025 10:30 261
Dünya futbolu
“Çelsi” Aksel Disasini icarəyə verib.

26 yaşlı müdafiəçi karyerasını İngitərənin digər klubunda – “Aston Villa”da davam etdirəcək. Onunla müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Disasi bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.