“Barselona”ya yenə gərək olmadı

4.09.2026 13:33 23
Dünya futbolu
Ektor Fort “Barselona”ya yeni mövsümdə də gərək olmayıb.

"Football-plus.az" xəbər verir ki, gənc müdafiəçi “Real Sosyedad”a keçib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. İspaniya mətbuatı bu transferin məbləğinin 8 milyon avro təşkil etdiyini xəbər verib.

20 yaşlı Ektor ötən mövsümü icarə əsasında “Elçe”də keçirib. O, bu komandanın heyətində 14 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.