“Barselona”dan ayrılacaq

22.04.2025 21:23 6
Dünya futbolu
Ektor Fort yayda “Barselona”dan ayrılmağa yaxındı.

"Football-plus.az" xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. Qəzetin yazdığına görə, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik 18 yaşlı futbolçunu növbəti mövsüm üçün heyətdə görmür. Ona görə də klub yayda yeniyetmə oyunçunu satmağa qərar verib.

Ektor bu mövsüm “Barselona”nın əsas komandasında 14 oyun keçirib.