Orasio Moldovan “Atletiko”ya gələn mövsümdə də gərək olmayacaq.
İspaniya klubu qapıçısını yenə icarəyə verib. Madrid klubunun mətbuat xidmətinin məlumatına görə, 27 yaşlı futbolçu “Ovyedo”ya keçib. Onunla 1 illik müqavilə imzalanıb.
Rumıniya millisinin qapıçısı “Atletiko”ya 2023-cü ilin yayında “Rapid”dən transfer olunub. O, ötən mövsüm “Sassuolo”da icarə əsasında çıxış edib, İtaliya klubunda 27 oyun keçirib, 27 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.
“Atletiko”ya yenə gərək olmadı
Dünya futbolu






