“Barselona”da yeni müqavilə

3.06.2024 13:36 169
Dünya futbolu
“Barselona” futbolçusu Ektor Fortla müqaviləni yeniləyib.

Klubun saytının məlumatına görə, müdafiəçi ilə yeni müqavilənin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 17 yaşlı Ektor “Barselona” akademiyasının yetirməsidi. “Transfermarkt” portalı onu 7,5 milyon avro dəyərində qiymətləndirir.

Yeniyetmə futbolçu La Liqanın yenicə sona çatan mövsümündə əsas komandada 7 oyun keçirib və 2 məhsuldar ötürmə edib.