Klubuna yenə gərək olmadı

13.08.2024 23:27 380
Dünya futbolu
Marko Pelleqrino yenə “Milan”a lazım olmayıb.

İtaliya klubu müdafiəçini “İndependyente”yə icarəyə verib. Bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçu ilə müqavilənin müddəti 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub. Qeyd edək ki, 22 yaşlı argentinalı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Salernitana”da keçirib və 10 matçda meydana çıxmaq şansı qazanıb.