“Barselona”ya yenə gərək olmadı

30.08.2024 22:12 271
Dünya futbolu
“Seltik” “Barselona”nın futbolçusu Aleks Valyeni icarəyə götürüb.

Şotlandiya klubunun saytının yaydığı xəbərə görə, 20 yaşlı müdafiəçi 2024/25 mövsümünü icarə əsasında “Seltik”də çıxış edəcək. Aleks yeni klubunda “11” nömrəli formanı daşıyacaq.

Qeyd edək ki, Valye 2023/24 mövsümünü icarə əsasında “Levante”də keçirib.