Samuele Riççi “Milan”ı tərk edib.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi karyerasını “Komo”da davam etdirəcək. Yeni klubu 25 yaşlı futbolçunu satınalma hüququ ilə icarəyə götürüb. Jurnalist Canluka Di Martsionun məlumatına görə, “Milan” Riççinin icarəsindən 1,5 milyon avro qazanacaq. Müqavilədə “Komo”nun mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağı halda bonusların ödənilməsi də nəzərdə tutulub. Futbolçunun satınalma məbləği isə 22 milyon avroya bərabərdi.
Riççi “Milan”a ötən il “Torino”dan 23+1,5 milyon avroya keçmişdi. O, ötən mövsüm A seriyasında keçirdiyi 31 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
“Milan”a bu mövsüm lazım olmadı
Dünya futbolu






