Turindən Milana yollandı

13.07.2025 22:00 19
Dünya futbolu
“Milan” heyətini yeni oyunçu ilə gücləndirib.

Klubun rəsmi saytının yaydığı xəbərə görə, “Torino”dan Samuele Riççi transfer edilib. 23 yaşlı italiyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

İtaliya mətbuatı “Milan”ın bu transfer üçün “Torino”ya 23 milyon avro təzminat ödədiyi və müqavilədə əlavə olaraq 1,5 milyon avro bonus nəzərdə tutulduğunu yazıb.

Samuele ötən mövsüm A seriyasında 34 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.